Avropa birinciliyində iştirak edəcək Azərbaycan boksçuları müəyyənləşibbackend

Avropa birinciliyində iştirak edəcək Azərbaycan boksçuları müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandanın baş məşqçisi Vaqif Kazımov 11 boksçuya şans verəcək.

Qitə birinciliyində Nicat Hüseynov (46), Səid Abdullayev (48 kq), Zaur Qəhrəmanov (50 kq), Əsəd Ağayev (52 kq), Zəlimxan Süleymanov (54 kq), Turğay Mirzəyev (57 kq), Elməddin Ağayev (60 kq), İsa Novruzlu (63 kq), Səyadulla Nəsirov (66 kq), Rəmiş Cəfərov (70 kq) və Cəfər Heydərli (80 kq) rinqə çıxacaqlar.

Artıq Rumıniyaya yollanan kollektiv iyunun 2-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Avropa birinciliyində mayın 24 – 28-də təsnifat mərhələsinin döyüşləri olacaq. Mayın 29-da istirahət edəcək boksçular növbəti 2 gündə yarımfinal görüşlərinə çıxacaqlar. İyunun 1-də isə qaliblərin adları bilinəcək.

İnterPress.Az