Braziliyalı kilsədə üç nəfəri güllələdibackend

Braziliyalı kilsədə üç nəfəri güllələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Correio Brazilense” məlumat verir.

Nəşrin yazdığına görə, kilsəyə yollanmazdan əvvəl kişi keçmiş nişanlısını öz evində öldürüb. Polis patrulu hadisə vaxtı kilsə yaxınlığında olduğundan operativ reaksiya göstərib. Əks təqdirdə itki sayı daha çox ola bilərdi. İnsident zamanı kilsədə 20 nəfər olub, atıcının isə daha altı gülləsi qalıb.

Atıcının keçmiş hərbi hava qüvvələri hərbçisi – 39 yaşlı Rurdson Araqon Qimareş olduğu müəyyənləşib. Əməliyyatın gedişində polis tərəfindən yaralanıb. Onun Minas-Jerays ştatının xəstəxanasına yerləşdirildiyi bildirilir.

Kilsə hücumunun motivləri hələlik məlum deyil.

İnterPress.Az