Azərbaycanın çay idxalı ixracını 10 dəfədən çox üstələyibbackend

Azərbaycanın çay idxalı ixracını 10 dəfədən çox üstələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 556 min dollar (17,3%), həcm baxımından isə 58 ton (12,1%) ton azdır.

Eyni zamanda, bu ilin ilk dörd ayında Azərbaycan 16,688 mln. dollar dəyərində 4 377 ton çay idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 817 min dollar (5,1%), həcm baxımından isə 242 ton (5,85%) çoxdur.

Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,04%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,37%-ni təşkil edib. Bununla da, yanvar-aprel aylarında Azərbaycanın çay idxalı ixracını 10,4 dəfə üstələyib.

İnterPress.Az