Ağcabədidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıbbackend

Ağcabədidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AQTA-dan verilən məlumata görə, baxış zamanı vətandaş Bəxtiyar Mahmudovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib.

Həmçinin heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

İnterPress.Az