İndoneziyada kütləvi aksiyalarla bağlı saxlanlılanların sayı artırbackend

İndoneziyada kütləvi aksiyalarla bağlı saxlanlılanların sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “Jakarta Post”a istinadən xəbər verir ki, milli polis sözçüsü Məhəmməd İqbal saxlanılanların iğtişaşlara təhrikçilikdə şübhəli olduqlarını bildirib.

Onun sözlərinə görə, ötən gün və bu gün Seçki Komissiyası binasının qarşısındakı toqquşmalar əvvəlcədən hazırlanıb: “İğtişaşlarda iştirak edənlərin əksəriyyətinin başqa şəhərlərdən gətirildiyi və pul aldıqlarına dair əlimizdə dəlilər var”.

Bundan əvvəl Cakartada polislə nümayişçilər arasındakı toqquşmalarda 6 nəfərin həlak olduğu bildirilmişdi.

Qeyd edək ki, 17 aprel ümumi seçkilər zamanı ölkə tarixində ilk dəfə prezident, vitse-prezident, Xalq Məşvərət Asambleyası və yerli idarəçilik orqanları üzvləri eyni gündə seçiliblər.

İnterPress.Az