Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ermənistanda vətəndaşlar Türkiyədən gətirdikləri mallarını gömrükdən çıxara bilmirlər

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunlarının nümayəndələri artıq 5-ci gündür avtomat silahı ilə bizə nəzarət edir, yüklərimiz isə gömrüyün anbarında qalıb”.

Dərc edilib: 22 may 2019 [13:36]
Baxış sayı: 2795

İnterPress.Az “Novosti Armeniya” xəbər verir ki, bunu Baqrataşen Gömrük-Buraxılış məntəqəsində mallarının veriləcəyini gözləyən Krinstina Manukyan adlı qadın deyib.

“Biz yükləri Türkiyədən üç müxtəlif turist səfəri zamanı gətirmişik. Gömrük işçiləri malları fərqli adla sənədləşdiriblər. İndi mallarımız qarışıq düşüb. Sənəd var. Ancaq biz malların kimə məxsus olduğunu sübut edə bilmirik. Bununla yanaşı, gömrük məntəqəsində mallarımızı verməkdən imtina edir, bildirirlər ki, həmin məhsullar müsadirə edilməlidir”,- Manukyan bildirib.

Onun sözlərinə görə, vəziyyət o yerə çatıb ki, qadınlardan biri özünü anbarda öldürmək istəyib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti hadisə ilə bağlı açıqlama verməyib.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179