UEFA Avropa Liqasının finalı çərçivəsində Bakıda Azarkeş Festivalı təşkil olunacaqbackend

UEFA Avropa Liqasının finalı çərçivəsində Bakıda Azarkeş Festivalı təşkil olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, 5 günü əhatə edəcək təbir Dənizkənarı bulvarda yerləşən Kukla Teatrının qarşısında keçiriləcək. Burada azarkeşlər UEFA Kuboku ilə şəkil çəkdirə, DJ-lərin çıxışından zövq ala, fərqli əyləncəli futbol oyunları oynayacaqlar.

Uşaqlar üçün ayrılmış zonada azyaşlılar yumşaq qalanın üzərində tullana, öz üzlərinə rənglətdirə və zərbə yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin böyüklər müxtəlif oyunlara qatılaraq, hədiyyələr qazanacaqlar.

Festival günləri və iş saatları:

25-27 may: 14:00 – 22:00

28 may: 12:00 – 22:00

29 may: 10:00 – 22:00

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.

İnterPress.Az