Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Gürcüstanda yeni məscidin tikintisi ilə bağlı məsələnin həlli yenidən uzadılıb

Gürcüstanın Batumi şəhərində ikinci məscidin inşasına icazənin verilməsi ilə bağlı məsələnin həlli yenidən uzadılıb.

Dərc edilib: 22 may 2019 [15:22]
Baxış sayı: 3110

İnterPress.Az xəbər verir ki, müsəlman icmasının Batumi meriyasına qarşı şikayətinə bu gün şəhər məhkəməsində baxılıb.

Məsələnin Batumi meriyası və müsəlman icması arasında danışıqlar yolu ilə həll olunacağı gözlənilsə də, tərəflər arasında görüş bir neçə dəfə təxirə salınıb.

Müsəlman icmasının nümayəndəsi Nodar Paksadze məhkəmədə çıxış edərək hökuməti müsəlman icmasına münasibətdə ayrı-seçkilikdə ittiham edib. O deyib ki, yeni məscidin inşası üçün torpaq sahəsinin alındığı küçədə 7 kilsə tikilib.

Hakim Cumber Becanidze öz növbəsində məsələnin həssas olduğunu qeyd edərək onun yalnız hüquqi müstəvidə həll oluna biləcəyini deyib.

Məsələ ilə bağlı növbəti məhkəmə iclası iyunun 12-nə təyin olunub.

İclas keçirilərkən şəhərin bir neçə müsəlman sakini məhkəmə binasında Qurandan ayələr oxuyub. Bununla onlar məscidin inşası məsələsinin dinc yolla həllinin tərəfdarı olduqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Batumidə yeni məscidin tikintisi ilə bağlı mübahisə 2013-cü ildən etibarən davam edir. Şəhərdə fəaliyyət göstərən yeganə məscid müsəlmanlara kifayət etmir. Belə ki, onların əksəriyyəti dini ibadətlərini məscidə yaxın küçədə yerinə yetirir.

2017-ci ildə şəhərin müsəlman icması məscid üçün 3 min kvadrat metr sahəyə malik torpaq sahəsi əldə edib. Lakin Batumi meriyası həmin ərazidə tikililərin sıx olduğunu əsas gətirərək məscidin inşasına icazə verməyib.(report)

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177