Avropa Parlamenti Ermənistan baş nazirinin çağırışından narahatdırbackend

Avropa Parlamenti Ermənistan baş nazirinin çağırışından narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, sənəddə Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından narahatlıq ifadə olunub: \”Müdaxilə etməmə prinsipinə xələl gətirmədən Nikol Paşinyanın mayın 20-də tərəfdarlarını məhkəmənin giriş-çıxışını nəzarətə götürmək çağırışından və hakimlərə nəzarətin tətbiq edilməsindən narahatıq\”.

Bəyanatda Ermənistanın dövlət məmurlarına konstitusiaya ilə onlara verilən vəzifələr çərçivəsində hərəkət etmək tövsiyə olunub və qanunverici, icaredici və məhkəmə sisteminin müstəqil fəaliyyətinə hörmət etməyə çağırılıb.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Ermənistanın baş naziri Nikol Paşinyanın məhkəmənin giriş-çıxışını nəzarətə götürmək çağırışından narahatlığını ifadə edib.

Xatırladaq ki, Nikol Paşinyan mayın 19-da Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın girov qarşılığında həbsdən buraxılmasından sonra ölkə vətəndaşlarını məhkəmənin giriş-çıxışlarını nəzarətə götürməyə çağırıb.

İnterPress.Az