Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



ETSN: Dizel mühərrikli avtomobillərin idxalının məhdudlaşdırılması istiqamətində iş aparılır

"Köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür".

Dərc edilib: 22 may 2019 [16:30]
Baxış sayı: 3375

İnterPress.Az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

O qeyd edib ki, ekoloji cəhətdən təmiz avtomobillərdən - elektromobillər, hibrid avtomobillərdən istifadənin təşviqi ilə bağlı işlər aparılır: "Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün əlverişlidir. Sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır".

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177