Yevlaxda narkotik becərən şəxs həbs edilibbackend

Yevlaxda narkotik becərən şəxs həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrurundan verilən məlumata görə, mayın 21-i daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon Yuxarı Qarxun kənd sakini Elməddin Uğuruyevin Duzdağ kəndində yerləşən açıq sahədə aqrotexniki qaydada yetişdirdiyi 10-12 santimetr uzunluqda 19 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Götürülmüş çətənə kolları maddi sübut kimi eksrertizaya təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İnterPress.Az