İnterPress.Az xəbər verir ki, bu tarixi faktı Gürcüstanın Qaznəqletmə Şirkəti “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində xatırladıb.
Azərbaycandan Gürcüstana təbii qaz 1959-cu ildə Qaradağ-Tbilisi kəməri ilə çatdırılıb. Kəmərin uzunluğu 506 km, diametri isə 500 mm olub. Həmin ilin dekabrında Tbilisidəki Navtluq qazpaylayıcı stansiyasında ilk məşəl alovlandırılıb.
Qaradağ-Tbilisi kəməri Zaqafqaziyada tikilmiş ilk magistral qaz kəməridir.(report)
İnterPress.Az