YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”backend

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nəsib Məhəməliyev deyib.

YAP-çı deputat bildirib ki, vətəndaş cəmiyyətinin üzvləri, o cümlədən qeyri-hökumət təşkilatları, jurnalist qurumları bu məsələ ilə bağlı səslərini qaldırmalıdır:

“O, hər zaman Rusiya qanunlarına hörmətlə yanaşıb. Azərbaycanın mövqeyini Rusiya ictimaiyyətinə obyektiv çatdıran bir insandır. Təbii ki, Vətənini, millətini, dövlətini sevən hər bir azərbaycanlı ölkəsinin maraqlarına xidmət etməlidir. Çox təəssüflər olsun ki, qanı erməni qanına qarışmış və Azərbaycanın əleyhinə fəaliyyət göstərən bəzi azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə Fuad Abbasov saxlanılıb. Moskvada ermənilərin azərbaycanlıların adından danışması təhqiredicidir. Çünki Fuad Abbasov jurnalistdir. Onun istənilən hadisəyə öz baxışı və öz mövqeyi ola bilər”.

Deputat Diasporla İş üzrə Dövlət Komitəsini F.Abbasovu müdafiə etməyə çağırıb: “Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov kifayət qədər vətənpərvər şəxsdir. Ümid edirəm ki, Fuad Abbasovun başına gələnlərlə bağlı Dövlət Komitəsi də öz mövqeyini qəti və açıq şəkildə ortaya qoyacaq. Çünki Fuad Abbasov öz müsbət hərəkətləri ilə hər zaman vətənpərvərliyini sübut edib. Ona görə də biz onu müdafiə etməliyik. Çox yaxşı olardı ki, Fuad Abbasov Rusiyada fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının birləşdirilməsi və koordinasiyası ilə məşğul olsun. Fuad Abbasova Azərbaycana deportasiya olunmazdan öncə hər hansı məsləhət verməyim düzgün sayılmaz. Onun deportasiya olunduqdan sonra burada hansı fəaliyyətlə məşğul olacağı öz istəyindən asılı olacaq”.

Qeyd edək ki, F.Abbasov mayın 18-də məhkəmənin qərarı ilə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

İnterPress.az