Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



DÇ-2022-də iştirakçı sayı dəyişdirilməyəcək

2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayı dəyişdirilməyəcək.

Dərc edilib: 23 may 2019 [09:19]
Baxış sayı: 3497

İnterPress.Az-ın məlumatına görə, mundialda son çempionatlarda olduğu kimi yenə 32 komanda mübarizə aparacaq.

Bu barədə qərarı FİFA qəbul edib. Qurum iştirakçıların sayının 48-ə çatdırılması növbəti yarışa qədər təxirə salıb.

FİFA belə qənaətə gəlib ki, Qətər ev sahibliyi edəcəyi mundialda oyun sayının artırılmasına hazırlığı çatdıra bilməyəcək. Assosiasiya DÇ-2022-nin bəzi oyunların digər ölkədə keçirilməsi ideyasından da imtina edib.

Bir müddət əvvəl FİFA prezidenti Canni İnfantino Qətərdəki çempionatda iştirakçı sayının artırılması ehtimalının olduğunu, bəzi matçların qonşu ölkələrdə baş tutmasının mümkünlüyünü qeyd etmişdi. O bildirib ki, yeniliklər ən geci DÇ-2026-da qüvvəyə minəcək.

Qeyd edək ki, 32 komandanın iştirakı ilə mövcud olan hazırkı format DÇ-1998-dən qüvvədədir.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177