Neftçalada mikroavtobus “KAMAZ”a çırpıldı, dörd nəfər öldü – VİDEObackend

Neftçalada mikroavtobus “KAMAZ”a çırpıldı, dörd nəfər öldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrliyində – Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı mikroavtobus qarşıda gedən “KAMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı dörd nəfər hadisə yerində ölüb, iki nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib.

Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az