Azərbaycanda Mediasiya Şurası 2020-ci ilin iyununda fəaliyyətə başlayacaqbackend

Azərbaycanda Mediasiya Şurası 2020-ci ilin iyununda fəaliyyətə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın əldə etdiyi məlumata görə, hazırda bununla bağlı müvafiq işlər aparılır.

Şuranın yaradılmasında məqsəd mübahisələrin məhkəməyə qədər həllinin alternativ üsullarının təkmilləşdirilməsindən ibarətdir.

Bundan sonra vətəndaşlar məhkəmədən öncə Mediasiya Şurasına müraciət edəcək və tərəflər arasında barışıq əldə olunarsa, iş məhkəməyə göndərilməyəcək.

Qeyd edək ki, Mediasiya Şurası müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi müsabiqənin nəticələri əsasında təyin edilən üzvlərdən ibarət olacaq. Şura haqqında əsasnamə hazırlanacaq, Şuranın səlahiyyətləri müəyyənləşdiriləcək və fəaliyyəti təmin ediləcək.(Report)

İnterPress.Az