Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunubbackend

Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az bu barədə nazirliyə istinadən xəbər verir.

Şəhərin M.P.Vaqif küçəsində yerləşən 4 mərtəbəli, 36 mənzilli binaya 1300 metr məsafədə yerləşən elektron ATS-dən müxtəlif tipli kabellər çəkilməklə telefon və internet xidmətləri verilib.

Görülmüş işlər nəticəsində əvvəllər simsiz CDMA telefon rabitəsindən istifadə edən qazilər və şəhid ailələri hazırda REMUT tipli elektron ATS vasitəsilə telefon və internet xidmətlərindən faydalana biləcəklər. Elektron ATS-in mövcud tutumunun 288 nömrədən 336 nömrəyə çatdırılması nəzərdə tutulub.

İnterPress.Az