Ermənistanda taksi sürücüləri etiraz aksiyası keçirirlərbackend

Ermənistanda taksi sürücüləri etiraz aksiyası keçirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, aksiya ölkənin üçüncü böyük şəhəri olan Vanadzorda keçirilir.

Aksiya iştirakçıları etiraz əlaməti olaraq avtomobillərini Lori vilayətnin mərkəzi binasının, Vanadzor şəhər merliyinin qarşısındakı “Ayka” meydanında saxlayıblar.

Sürücülər maye qazın qiymətinin bahalaşmasına etiraz edirlər, onun ucuzlaşdırılması tələbini irəli sürüblər. Aksiya iştirakçıları səlahiyyətli orqanların nümayəndələri ilə görüşmək istəyirlər.

Qeyd edək ki, cari il mayın 1-dən Ermənistanda maye qazın qiyməti bahalaşıb.

İnterPress.Az