İmişlidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıbbackend

İmişlidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyiyindən (AQTA) verilən məlumata görə, agentliyin və aidiyyəti qurumların əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Ağcabədi rayon sakini Rəhimov Elçin Namizəd oğluna məxsus avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə kəsilən, istehlaka yararsız 95 kq iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. İlkin araşdırmalar zamanı heyvan cəmdəyinin satış məqsədi ilə Ağcabədidən Bakıya daşındığı məlum olub.

Heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Aparılan müayinələrin nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

İnterPress.Az