“Neftçi” “Qarabağ”ın keçmiş rəqibi ilə qarşılaşacaqbackend

“Neftçi” “Qarabağ”ın keçmiş rəqibi ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, paytaxt təmsilçisi iyunun 30-da \”Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Ukraynanın \”Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.

\”Vorskla” 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində \”Qarabağ\”ın rəqiblərindən biri olub. Bakıda və Poltavadakı görüşlərdə qonaq komandalar eyni hesabla qalib gəlirlər – 1:0.

Qeyd edək ki, \”ağ-qaralar” yeni mövsümə hazırlığa iyunun 10-da start verəcək. Hazırlığın ilk mərhələsi ayın 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyənin Topuk yaylası bölgəsində olacaq. \”Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komandanın iyunun 20 və 25-də qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ dəqiqləşməyib.

İnterPress.Az