İndoneziyada seçkilərlə əlaqədar iğtişaşlar olub, 8 nəfər ölübbackend

İndoneziyada seçkilərlə əlaqədar iğtişaşlar olub, 8 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın “Cakarta Post”-a istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin qubernatoru Anies Basvedan deyib.

“İğtişaşlarda ölənlərin sayı ilə bağlı ən son rəqəm səkkizdir. Bu günə qədər 737 nəfər xəstəxanalara müraciət edib”,- deyə o bildirib.

Şəhərin qubernatoru qeyd edib ki, xəsətəxanalara müraciət edənlərdən 79-u xüsusilə ağır yaralılardır.

Etiraz və kütləvi iğtişaşlarla əlaqədar polis 257 nəfərini saxlayıb. Polisin sözlərinə görə, iğtişaşlar əvvəlcədən planlaşdırılıb.

Qeyd edək ki, İndoneziyada aprelin 21-də prezident seçkiləri keçirilib. Prezident Coko Vidodo 55,5% səs qazanaraq seçkilərdə qalib gəlib. Onun rəqibi Prabovo Subyanto 44,5% səs qazanıb.

Mayın 21-dən etibarən P.Subyantonun tərəfdarları etiraz aksiyalarına başlayıblar.

İnterPress.Az