Yerevan Dövlət Universitetinin rektoru istefa veribbackend

Yerevan Dövlət Universitetinin rektoru istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Gevorq Emin-Teryan “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, 2015-2018-ci illərdə universitetin 18 əməkdaşı Ermənistandan kənarda uzun müddətə müalicə olunublar. İstintaq onların adlarının faktiki işdə olan kimi qeydə alındığını aşkarlayıb. Universitet rəhbərliyinin bir sıra sui-istifadə halları aşkarlandığına dair xəbər yayılmışdı. Aparılan yoxlamalar nəticəsində YDU-nun fonduna təxminən 1,6 milyon dollar məbləğində ziyan dəydiyi məlum olub.

Xatırladaq ki, cair ilin fevralında YDU tələbələri rektor Aram Simonyanın istefasını tələb ediblər.

İnterPress.Az