Ronaldo Monakoda Hemiltonla görüşübbackend

Ronaldo Monakoda Hemiltonla görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, portuqaliyalı hücumçu \”Mercedes\”in britaniyalı pilotu Lüis Hemiltonla görüşüb. O, daha sonra pilotla birgə fotosunu şəxsı \”Instagram\”ında yerləşdirərək, bunları yazıb: \”Səni görmək həmişə xoşdur\”.

5 qat dünya çempionu isə \”Görüşməyimiz xoş oldu\” cavabını verib. Hər iki məşhur idmançı bir-birilərinə \”qardaş\” deyə müraciət edib.

Qeyd edək ki, Lüis Hemilton Monako Qran-prisindəki ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib. \”Mercedes\” pilotu komanda yoldaşı Valtteri Bottası 0,081 saniyə üstələyib.

İnterPress.Az