Əsəddən növbəti qətliam: 160 ölü – FOTObackend

Əsəddən növbəti qətliam: 160 ölü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Suriya İnqilabi Şurası orduya aid helikopterlərdən Haseke bölgəsinin Hanse kəndində təşkil olunan heyvan bazarına barrel bombası ilə hücum edildiyini açıqlayıb. Hücum nəticəsində yüz nəfər yaralanıb.

İnqilabi Şura bildirib ki, ölənlər arasında qadın və uşaqlar da var: “Cəsədlərin çoxu tanınmaz haldadır. Bu bir qətliamdır”.

Məlumatlara görə, ölənlərdən 45-nin şəxsiyyətini müəyyən etmək mümkün olub. Qalanları isə parçalandığı üçün şəxsiyyətləri müəyyən edilməyib.

Hadisə şahidləri helikopterlərin əraziyə 5 barrel bombası atdığını deyirlər. Yaralılar yaxınlıqda hər hansı tibbi məntəqə olmadığı üçün yük maşınlarıya uzaqdakı xəstəxanalara aparılıblar.

Hanse kəndindəki heyvan bazarına ətraf bölgədən hər gün yüzlərlə adam alış-verişə gəlir.

Əsəddən növbəti qətliam: 160 ölü - FOTO

İnterpress.az