Türkiyədə bələdiyyə sədri bıçaqlanaraq öldürülübbackend

Türkiyədə bələdiyyə sədri bıçaqlanaraq öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) Konya əyalət təşkilatının sədri Murat Çiçek bildirib.

İ.Öztokluya Konya şəhərində bıçaqla hücum olub. Hüquq-mühafizə orqanları hadisəyə görə 3 şübhəli şəxsi saxlayıb. Faktla bağlı istintaq davam edir.

Hadisədə keçmiş bələdiyyə sədri, martın 31-də İYİ Partiyanın namizədi olmuş Abdullah Koçun da adı hallanır. O, seçkilərdə 40,4 faiz səs toplayaraq uduzub.

Qeyd edək ki, İ.Öztoklu evli və iki övlad atasıdır. O, bu il martın 31-də keçirilən bələdiyyə seçkilərində MHP-dən “Cumhur İttifakı”ının namizədi olaraq iştirak edib və 52,46 faiz səs toplayaraq qalib gəlib. İ.Öztoklub bu gün Doğanhisarda dəfn ediləcək.

İnterPress.Az