Azərbaycanın FIFA referiləri beynəlxalq oyuna təyinat alıblarbackend

Azərbaycanın FIFA referiləri beynəlxalq oyuna təyinat alıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası Fransanın Marsel şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan ibarət milli komandalar arasında təşkil ediləcək beynəlxalq turnirdə iş başında olacaq.

Mayın 31-dən iyunun 16-dək davam edəcək yarışda Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Turnirdə İngiltərə, Çili, Yaponiya, Portuqaliya, Braziliya, Fransa, Qatar, Quatemala, Bəhreyin, Çin, İrlandiya, Meksika komandaları iştirak edəcək.

Çimərlik futbolu üzrə FİFA referisi Əli Cəbrayılov isə mayın 29-dan iyunun 10-dək Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq Avropa Qaliblər Kuboku (EURO Winners Challenge 2019) turnirinə təyinat alıb.

İnterPress.Az