Azərbaycan cüdoçuları Qran-priyə uğursuz başlayıblarbackend

Azərbaycan cüdoçuları Qran-priyə uğursuz başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğursuz alınıb.

Tatamiyə çıxan təmsilçilərimizdən Kəramət Hüseynov (60 kq) ilk döyüşündəcə məğlubiyyətə üzülüb. Cüdoçumuz İn Hyuk Çoi ilə bacarmayıb. Onunla eyni çəki dərəcəsində mübarizə aparmalı olan Tofiq Məmmədov isə püşkatmada tayvanlıya rəqib olsa da, həmyerlimiz döyüşə çıxmayıb və Kun-Lin Yen mərhələ adlayıb.

66 kq çəki dərəcəsində qüvvəsini sınayan İsmayıl İbrahimov isə medalın bir addımlığında büdrəyib. İlk görüşdə Ahmed Abelrahmana (Misir) qalib gələn idmançımız 1/4 finalda Rusiya təmsilçisi Aram Qriqoryana uduzub. Məğlubiyyətə baxmayaraq, təsəlliverici görüşə qatılan İ. İbrahimov yenə də qələbə qazana bilməyib. O, bu dəfə monqolustanlı Başhuu Yondonperenliyə uduzub və turniri 7-ci yerdə bitirib.

Yarışdakı yeganə xanım cüdoçumuz Aleksandra-Larisa Floriana (57 kq) da startda məğlub olub. Tayvanlı Yu-Çieh Yanq təmsilçimizə qalib gəlib.

Qeyd edək ki, yarışa mayın 26-da yekun vurulacaq. Qarşıdakı günlərdə yığmamızın heyətində Hidayət Heydərov, Rüfət Məmmədov (hər ikisi 73 kq) və Zelim Kotsoyev (100 kq) mübarizəyə qoşulacaq.

İnterPress.Az