DİN Yevlaxda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıbbackend

DİN Yevlaxda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 23-də saat 8 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində Yuxarı Qarxun kənd sakini Xudaverdi Şərifov idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobusu aşırıb.

Nəticədə 2 sərnişin hadisə yerində ölüb, sürücü və 19 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 6 nəfərin vəziyyəti orta-ağırdır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İnterPress.Az