Donald Trampın qolf həvəsi büdcəyə baha başa gəlirbackend

Donald Trampın qolf həvəsi büdcəyə baha başa gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “The Huffington Post”a istinadən xəbər verir ki, Prezidentin Florida ştatındakı Mar-a-Laqo kurortunda iqamətgahına və qolf klubuna gedib-gəlməsi üçün xalq 81 milyon dollar, ötən yay Nyu-Cersi ştatındakı Bedminster qolf klubuna tez-tez baş çəkməsinə 17 milyon dollar vəsait ödəyib.

Həmçinin ötən il dövlət başçısının Los-Ancelesdəki qolf klubuna gedib-gəlməsi 1 milyon dollara, Böyük Britaniyaya səfəri zamanı Şotlandiyadakı qolf klubunda istirahət etməsi də 3 milyon dollara başa gəlib.

Qeyd edək ki, qatı qolf həvəskarı olan Donald Tramp ABŞ və xarici ölkələrdə cəmi 16 qolf klubunun sahibidir.

İnterPress.Az