KXDR ABŞ ilə danışıqların bərpasından imtina edibbackend

KXDR ABŞ ilə danışıqların bərpasından imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az \”İnterfaks\”a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat verib.

\”ABŞ vəziyyətin qiymətləndirilməsi üzrə hazırkı metodu bir kənara qoyub yeni metod təklif etməyincə KXDR ilə ABŞ arasında dialoq heç vaxt yenidən başlamayacaq. Başqa sözlə, nüvə probleminin həlli perspektivləri daha da azalacaq\”, – o deyib.

Xatırladaq ki, fevralın sonunda Hanoyda ikinci ABŞ-KXDR sammiti keçirilib. Görüş tərəflər arasında yekun saziş imzalamadan və ABŞ prezidenti Donald Tramp ilə KXDR lideri Kim Çen Inın birgə mətbuat konfransı olmadan vaxtından əvvəl başa çatıb.

İnterPress.Az