İranın 20 Yanvar təxribatıbackend

İranın 20 Yanvar təxribatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 20 yanvar hadisələrinə diqqəti çəkməyən İran mətbuatı 19 yanvarın “Dünya Müsəlman Azərilər Günü” kimi qeyd olunması ilə bağlı kampaniyaya başlayıb. Həmçinin bu kampaniyaya dəstək olaraq Təbriz və Ərdəbil şəhərlərində konfranslar keçirilib.

Ərdəbilin imam-cüməsi və ali dini rəhbərin bu şəhərdəki nümayəndəsi Seyid Həsən Amuli tərəfindən irəli sürülən bu təklif telekanallarda müzakirəyə çıxarılıb. Hətta İran Dövlət Radio Televiziyasının Ərdəbildə yayımlanan “Sebelan” kanalı bu münasibətlə Amulinin çıxışını nümayiş etdirib.

İmam–cümə təklifini belə əsaslandırıb: “19 yanvarı qətiyyən unutmayacağıq. Dünya azərilərinin günü 19 yanvardır. 25 il əvvəl azərbaycanlılar sərhədə gəldilər və təkbir gətirə-gətirə məscidə gedib “Quran” götürdülər. İmam Hüseyinin bayrağını aldılar. Sübut etdilər ki, insan tarixi vətənini, əsl kimliyini, dini kimliyini unutmamalıdır”.
Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilən 31 dekabrla bağlı fikirlərini açıqlayan imam- cümə deyib: “Nə qədər istəyirlərsə bunu təhrif etsinlər. 31 dekabrda heç nə olmayıb”.

İnterpress.az