Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilibbackend

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin \”112\” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

İnterPress.Az