Akif Əlinin yeni kitabı çapdan çıxıbbackend

Akif Əlinin yeni kitabı çapdan çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, müəllifin \”Yaradan\” adlı kitabına ən son dövrlərədək qələmə aldığı elmi-ədəbi-bədii yazılarından seçmələr daxil edilib.

Burada oxucular müəllifin elmi-publisistik məqalələri, nəsr və dram əsərləri, kino-tele-radio ssenariləri və satirik-yumoristik miniatürləri ilə yanaşı, müxtəlif fikir və düşüncələri, deyim və müşahidələri ilə də tanış ola biləcəklər.

Kitabda müxtəlif janrlı yazıların qələmə alındığı dövrə uyğun xronoloji ardıcıllıqla təqdim edilməsi müəllifin ədəbi yaradıcılığının dinamikasını izləməyə imkan verir.

Qeyd edək ki, \”Yaradan\” müəllifin sayca 16-cı kitabıdır.

İnterPress.Az