Florida sahillərində təyyarə okeana düşüb, pilot ölübbackend

Florida sahillərində təyyarə okeana düşüb, pilot ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə TASS ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) \”Twitter\” hesabına istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, biznes-jetdə yalnız pilot olub.

Qəza təyyarə İllinoysdan Floridaya uçan zaman Fort Loderdeyl limanından təxminən 200 km aralıda baş verib. FAA-nın məlumatına görə, dispetçerlər qəzadan təxminən bir saat əvvəl təyyarə ilə əlaqəni itiriblər.

\”The New York Times\” qəzetinin verdiyi məlumata görə, \”Cessna\” dispetçerlərin sorğularına cavab vermədikdən sonra hərbçilər iki \”F-15\” qırıcısını ona doğru istiqamətləndirib. \”F-15\”lər yaxınlaşması ilə \”Cessna\” kəskin şəkildə aşağı düşməyə başlayıb və okeana çırpılıb. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığından təyyarəyə doğru atəş açılmadığı bildirilib.

İnterPress.Az