Əli Əhmədov: “Əhalinin sosial rifahinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb”backend

Əli Əhmədov: “Əhalinin sosial rifahinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov 28 May – Respublika günü münasibəti ilə keçirilən çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə Azərbaycanın gələcəkdə müstəqillik qazanması üçün baza meydana gəlmiş olub: \”Azərbaycan Respublikası AXC-nin varisidir. AXC qurucuları bu gün sağ olsaydılar bugünkü müstəqil Azərbaycanla fəxr edərdilər\”.

Baş Nazirin müavini qeyd edib ki, Azərbaycanın diplomatik sferada nailiyyətləri qürur duymaq üçün kifayət qədər əsas verir: \”Dövlətimiz digər xarici ölkələrdə uğurlu diplomatik əlaqələr qurub. Azərbaycandakı təhlükəsizlik və əmin-amanlıq xüsusi vurğulanmalıdır. Bunu xalqımız da görür. Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Azərbaycan Heydər Əliyev ideyaları əsasında daha da güclənir, ölkəmiz günü-gündən inkişaf edir\”.

İnterPress.Az