Konqresmen: “Azərbaycan ABŞ-ın etibarlı müttəfiqidir”backend

Konqresmen: “Azərbaycan ABŞ-ın etibarlı müttəfiqidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, məktubda deyilir:

\”Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Amerika Birləşmiş Ştatlarının etibarlı müttəfiqi olan Azərbaycan Respublikası terrorizmə qarşı qlobal mübarizədə ABŞ-a öz qəti dəstəyini vermiş ilk ölkələr sırasındadır.

ABŞ ölkələrimiz arasında sülhməramlı əməliyyatlar və enerji təşəbbüsləri sahələrindəki davamlı əməkdaşlığımızı, eləcə də mühüm əhəmiyyət daşıyan ticari tərəfdaşlığımızı yüksək qiymətləndirir.

Sizə və Azərbaycan xalqına tərəfdaşlığınıza və azadlıq ideallarına daimi sadiqliyinizə görə minnətdarlığımı bildirirəm. Respublika gününüzün 101-ci ildönümü münasibətilə Sizi Amerika Birləşmiş Ştatları adından bir daha təbrik edirəm\”.

İnterPress.Az