Zaqatalada evi ildırım vuraraq yandırıbbackend

Zaqatalada evi ildırım vuraraq yandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, Aşağı Tala kənd sakini Ramazan Şabanova məxsus ikimərtəbəli fərdi yaşayış evi ildırım vurması nəticəsində yanıb.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub.Yanğın nəticəsində evin ikinci mərtəbəsində tavan hissəsi 12 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təbiət hadisəsi zamanı ailə üzvləri evdə olub. Xəsarət alan olmayıb.

Qeyd edək ki, hazırda şimal-qərb bölgəsində güclü küləklə müşahidə olunan yağış yağır.

İnterPress.az