Tramp Abenin vasitəçi missiyası ilə İrana səfər niyyətini dəstəkləyibbackend

Tramp Abenin vasitəçi missiyası ilə İrana səfər niyyətini dəstəkləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Abe bu planı barədə Trampa birgə qolf oyunu və şam yeməyi zamanı məlumat verib. Hazırda D.Trampın Yaponiyada dövlət səfəri davam edir.

Qəzet bildirir ki, ABŞ lideri yaponiyalı baş nazirin Tehrana səfər fikrini dəstəkləyib və bu səfərin tez bir zamanda baş tutmasını diləyib.

“Kyodo” agentliyinin məlumatına görə, S.Abenin İrana səfəri 12-14 iyun tarixlərində baş gerçəkləşə bilər.

Qeyd edək ki, Yaponiya hökuməti başçısının İrana son səfəri 1978-ci ildə həyata keçirilib.

İnterPress.Az