Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıbbackend

Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Report”a açıqlamasında Xalq şairinin nəvəsi Nərgiz Gəraylı deyib.

O bildirib ki, hazırda M.Yaqubun səhhəti normaldır: “Dünən narahat olduğu üçün xəstəxanaya aparmalı olduq. Təzyiqi düşmüşdü. Həkimlər yardım göstərdilər və 1-2 saatdan sonra xəstəxanadan çıxdıq. Hazırda evdədir. Dərmanlarında olan problemlərə görə təzyiqi tez-tez aşağı düşür”.

Qeyd edək ki, Xalq şairi Musa Yaqub İsmayıllı rayonunun Buynuz kəndində yaşayır. Mayın 26-da şairin səhhətində problem yarandığına görə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

İnterPress.Az