Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə açıq havada 28 May Respublika günü qeyd edilibbackend

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə açıq havada 28 May Respublika günü qeyd edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 28 May Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi tərəfində velotur təşkil edilib.

İnterPress.az xəbər verir ki, Heydər Əliyev fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbir M.V Lomonosov adına Moskva Dövlət Universitetindən başlayaraq Qorki bağına kimi davam edib.

Rusiyanın müxtəlif universitetlərində təhsil alan 100-ə yaxın tələbə Azərbaycan və Rusiya bayraqları ilə 10 km-ə yaxın məsafəni qət edərək, Qorki bağında rusiyalılara Azərbaycan musiqisini və milli rəqslərini nümayiş etdiriblər.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü Ceyhun Hüseynov çıxışında Leyla Əliyevaya təşəkkürünü bildirərək, veleturun mahiyyətinin Azərbaycan həqiqətlərinin Rusiya cəmiyyətinə çatdırılması və gənclərdə vətənpərvərlik hissinin artırılması olduğunu qeyd edib.

\”Report\”a açıqlamasında isə Ceyhun Hüseynov 28 May Respublika gününün açıq havada təşkil olunmasında məqsədin moskvalıların və şəhərin qonaqlarının milli bayramımızla daha yaxından tanış olmamaları və gənclərə sağlam həyat tərzini aşılamaq olduğunu bildirib.(report)

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə açıq havada 28 May Respublika günü qeyd edilib

İnterPress.az