Güclü külək Bakıda ağacları aşırdıbackend

Güclü külək Bakıda ağacları aşırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, ağacların aşması faktı müxtəlif ərazilərdə qeydə alınıb:

“Ağacların aşma halları paxtaxtın Suraxanı, Yasamal, Nəsimi, Binəqədi və Sabunçu rayonlarında qeydə alınıb. Ağacların budaqları sınaraq yola düşüb. Həmin ağaclar sağlam olub. Aşma nəticəsində xəsarət alan olmayıb”.

Orxan Məmmədov qeyd edib ki, hazırda birliyin əməkdaşları gücləndirilmiş iş rejimində işləyir:

“Vətəndaşlara diqqətli olmalarını məsləhət görürük. Sürücülərdən xahiş edirik ki, avtomobillərini iri gövdəli və hündür ağacların altında saxlamasınlar”.

Güclü külək Bakıda ağacları aşırdı

Güclü külək Bakıda ağacları aşırdı

İnterPress.Az