Xələf Xələfov Darsaliyanın “Keşikçidağ”la bağlı açıqlamasına cavab verdibackend

Xələf Xələfov Darsaliyanın “Keşikçidağ”la bağlı açıqlamasına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, “Keşikçidağ” hissəsində sərhəd həmişə olub:

“O, Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunurdu və qorunmaqda davam etdirilir. Gürcüstanlı zəvvarların “Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi. Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur”.

Qeyd edək ki, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların son iclasında müzakirə olunan məsələləri şərh edib:

“Komissiyanın iclasında biz status-kvonun hər hansı şəkildə dəyişilməsi barədə təsəvvürün meydana gəlməsinə xidmət edən addımların atılmaması vacibliyi məsələsini qaldırdıq”.

İnterPress.Az