Elçin Quliyev Gürcüstan Sərhəd Po­lisinin rəisi ilə görüşübbackend

Elçin Quliyev Gürcüstan Sərhəd Po­lisinin rəisi ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində mövcud əməliyyat şəraiti, sərhəd rejiminin təmin edilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Mayın 29-da Bakı şəhərində baş tutacaq futbol üzrə Avropa Liqasının final oyununa tamaşa etmək üçün hava, dəmiryolu və avtomobil nəqliyyatı ilə Gür­cüstandan ölkəmizə gələcək azarkeşlərin dövlət sərhədindən buraxılış mən­təqələrindən sadələşdirilmiş qaydada keçmələri, bu kateqoriyadan olan şəxslər və onların nəq­liyyat vasitələri üçün xüsusi keçid şəraitinin yaradılması üzrə məsələlər nə­zərdən keçirilib və razılaşdırılıb.

Görüşdə sərhəd təhlükəsizliyinin təminatı üçün Azərbaycan və Gürcüstan sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

İnterPress.Az