Azərbaycanda turist axını cüzi artıbbackend

Azərbaycanda turist axını cüzi artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir.

Məlumata görə, ən böyük artım 22% olmaqla Gürcüstandan gələn ziyarətçilərin sayına (10,2 min nəfər) müşahidə olunub. Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 16,2%, Səudiyyə Ərəbistanından gələnlərin sayı 2 dəfə, İsraildən gələnlərin sayında isə 70,1%, ümumilikdə isə Yaxın Şərq regionundan gələnlərin sayında 12% artım baş verib və yekunda 30 min xarici vətəndaş gəlib.

Cənubi Asiyadan Hindistan, Orta Asiyadan isə Türkmənistan müvafiq olaraq 95% və 144% artımla diqqət çəkir. Ümumilikdə bu iki regiondan gələnlərin sayında müvafiq olaraq 35,4% və 44,2% artım baş verib.

Türkiyəli səyahətçilərin sayı isə 10% artaraq 25,2 min nəfər təşkil edib.

Ümumilikdə 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanı 848 min nəfər ziyarət edib. Son 1 ildə ölkəyə gələn əcnəbilərin sayı təxminən 2 min nəfər və yaxud 0,2% artıb.

İnterPress.Az