Azərbaycanda ban nömrəsi saxtalaşdırılmış və beynəlxalq axtarışda olan avtomobil aşkarlanıbbackend

Azərbaycanda ban nömrəsi saxtalaşdırılmış və beynəlxalq axtarışda olan avtomobil aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitədən verilən məlumata görə, gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, 2009-cu il buraxılışlı, şassi nömrəsi \”JTJHY00W104040870\” olan \”Lexus LX 570\” markalı avtonəqliyyat vasitəsinin üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə doğurduğu üçün \”Lexus Bakı Mərkəzi\” MMC-ə məktubla müraciət edilib.

Yoxlama zamanı \”Lexus LX 570\” markalı avtonəqliyyat vasitəsinin beynəlxalq axtarışda olduğu, kompüter müayinəsindən sonra həmin nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri istehsalçı müdaxiləsi nəticəsində silindiyi, avtomobilə məxsus qanuni ban nömrənin \”JTJHY00W204024709\” olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az