Türkiyənin dəstəyi ilə Gürcüstanda 1500-ə yaxın ailəyə Ramazan sovqatı paylanılıbbackend

Türkiyənin dəstəyi ilə Gürcüstanda 1500-ə yaxın ailəyə Ramazan sovqatı paylanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, aksiya çərçivəsində sosial təminatsız və ehtiyac içində yaşayan 1500-ə yaxın ailəyə ərzaq bağlamaları təqdim olunub.

Xeyriyyə aksiyasının təşkilinə Türkiyənin Dini Məsələlər üzrə Fondu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) dəstək verib.

Ramazan sovqatlarının bölgələrə çatdırılmasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, GMİ-nin müftisi Yasin Əliyev və digər rəsmi şəxslər də iştirak ediblər.

GMİ xeyirxah aksiyanın həyata keçirilməsinə dəstək verənlərə minnətdarlığını bildirib.

İnterPress.Az