Şəki sakini qonşusu tərəfindən bıçaqlanıbbackend

Şəki sakini qonşusu tərəfindən bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Aşağı Daşağıl kəndində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Vüqar Nemət oğlu Abdurəhmanov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Bir-neçə bıçaq xəsarəti alan yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan \”Report\”a bildirilib ki, ona sol bel və döş nahiyyəsinin aşağı hissəsinin daxilə nüfuz etməyən kəsilmiş yarası diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az