Peru Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə sənəd qəbul edilibbackend

Peru Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə sənəd qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfirlikdən \”Report\”a verilən məlumata görə, sənəd Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşəbbüsü ilə Peru Konqresinin birinci vitse-spikeri Leyla Çihuan Ramos tərəfindən imzalanıb.

Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşları bərabər siyasi hüquqlarla təmin edən Şərqin ilk demokratik respublika olduğu vurğulanıb: \”Bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar\”.

Sənəddə bildirilib ki, bütün dünya azərbaycanlıları mayın 28-ni Azərbaycanın milli bayramı kimi qeyd edirlər və öz əcdadlarının bütün Qafqaz regionunda, Orta Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasında oynadıqları rolu daim xatırlayırlar.

Bəyannamədə iki ölkə arasında diplomatik münasibətlərin 1996-cı ildən qurulması və Peru üçün Azərbaycanın mühüm tərəfdaş olduğu qeyd edilib: \”2015-ci ildə Peruda Azərbaycan Respublikasının və 2017-ci ildə Azərbaycanda Peru Respublikasının səfirlikləri açılıb. Bu da iki ölkə arasında daha sıx dostluq əlaqələrinin yaranmasına, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf etməsinə təsir göstərib\”.

Peru Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə sənəd qəbul edilib

İnterPress.Az