Mauritsio Sarri: “Çelsi” bu mövsüm titula layiqdir”backend

Mauritsio Sarri: “Çelsi” bu mövsüm titula layiqdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Mauritsio Sarri Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis həlledici oyunda qarşılaşacaqları Londonun digər təmsilçisi “Arsenal” haqqında xoş sözlər söyləyib: “Arsenal” əla hücum edir, aqressiv oynayır və necə təzyiq göstərmək lazım olduğun bilir. Onlarla mübarizə aparmaq asan deyil. Biz finalda Çempionlar Liqasına düşmək naminə oynamaq istəmirdik. Ora çempionat vasitəsilə vəsiqə qazanıb titul götürməyi arzulayırdıq. Final bizim üçün önəmlidir. “Çelsi” bu mövsüm titula layiqdir”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.

İnterPress.Az