“Qarabağ” çexiyalı qapıçı ilə maraqlanırbackend

“Qarabağ” çexiyalı qapıçı ilə maraqlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın “The Scottish Sun” portalına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Şotlandiyanın “Sent-Mirren” klubunun qolkiperi Vatslav Qladkinin xidmətində maraqlıdır.

Bildirilir ki, Şotlandiya təmsilçisi ilə 2020-ci ilin iyununa qədər müqaviləsi olan 29 yaşlı futbolçunu Moskva “Spartak”ı və bir neçə İngiltərə klubu da transfer etmək istəyir.

Qeyd edək ki, Qladki 2016/2017 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində Çexiyanın “Slovan” komandasının heyətində yer alsa da, “Qarabağ”la hər iki matçda ehtiyatda qalıb.

İnterPress.Az